37 C
Baku
Tuesday, August 16, 2022

Keçmiş icra başçısı deputatlığa namizədliyini irəli sürdü

1992-ci ildə Xətai rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş, hazırda “Borçalı” Cəmiyyətinin sədri olan tanınmış həkim Zəlimxan Məmmədli də növbədənkənar parlament seçkisində qüvvəsini sınayacaq.

 Zəlimxan Məmmədli 9 fevral 2010-ci il tarixində keçiriləcək seçkidə iştirak etmək üçün sənədlərini Bakı şəhəri 33 saylı Xətai birinci seçki dairəsinin komissiyasına təqdim edib.

“Milli Məclisə seçkilərdə deputatlığa namizədliyimin irəli sürülməsinin təsdiqi üçün tələb olunan sənədləri təqdim etdim. Dostlarımızla qərarımızın doğru olduğunu düşünürük”,-deyə o bildirib.

                                                                                                                    Modern.az

 

Son xəbərlər
Oxşar xəbərlər