16 C
Baku
Friday, November 22, 2024

Keçmiş məcburi köçkünlərin təhsil hüququnun təmin edilməsi güzəştinin nə vaxta qədər davam edəcəyi açıqlanıb

Məcburi köçkünlərin təhsil hüququnun təmin edilməsi güzəşti onların əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində qüvvədə olacaq.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd edilib ki, 21 may 1999-cu il tarixində qəbul edilmiş “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən, məcburi köçkünlərin sosial müdafiə tədbirləri kimi müvəqqəti yaşayış sahəsi ilə təmin edilmə, məşğulluğun təmin edilməsi, sosial təminat, tibbi təminat, təhsil hüququnun təmin edilməsi, nəqliyyat və mənzil-kommunal və digər güzəştlər nəzərdə tutulur.

Qanunda nəzərdə tutulmuş sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində qüvvədədir.

Məlumatda bildirilib ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanuna əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir: əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə.

Son xəbərlər
Digər xəbərlər