Rüşvət müqabilində qanunsuz qərardad çıxardığı üçün məhkum edilmiş keçmiş məhkəmə hakimi İlyas Mahmudovun cəzası azaldılıb.
Ali Məhkəmə belə qərar çıxarıb.
Məhkəmə keçmiş hakimin kassasiya şikayətini qismən təmin edib. Onun cəzası 9 ildən 6 ilə endirilib.
Qeyd edək ki, İlyas Mahmudov 2008-2019-cu illərdə Sumqayıt Şəhər Məhkəməsinin hakimi işləyib. Üç il sonra Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 295.1 (bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərardad çıxarma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Mahmudov 9 il azadlıqdan məhrum edilmişdi.







