10 C
Baku
Thursday, December 12, 2024

Keçmiş məhkəmə sədri pensiya ala bilmir: məhkəməyə müraciət etdi

10 il məhkəmə sədri işləmiş Kəramət Əliyev hakimlik pensiyası ala bilmədiyi üçün məhkəməyə müraciət edib.

Banker.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, eks-hakim Bakı İnzibati Məhkəməsinə müraciət edərək hakimlik fəaliyyətinə görə ona pensiya təyin edilməsini tələb edib.

K.Əliyev hakimlikdən öncə 12 il polis orqanlarında, 13 il də prokurorluqda işləyib. 2005-ci ildə isə hüquq-mühafizə orqanlarındakı 25 illik xidmət dövrü ilə əlaqədar pensiyaya çıxıb.

İddiaçı 2008-ci ildən hakimliyə başlayıb. 3 il Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olan K.Əliyev 2011-ci ildə Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri təyin edilib. 2018-ildən 2021-ci ilə qədər (65 yaşına kimi) Suraxanı rayon Məhkəməsinin sədri olub.

Hakimliyini bitirdikdən sonrakı iki ildə aldığı maaşa uyğun ona yenidən pensiya hesablanıb. Ədliyyə Nazirliyinin arayışında qeyd edilib ki, 2 il məhkəmə sədri çalışdığı dövrdə ümumilikdə 167 min 839 manat əməkhaqqı alıb.

Lakin Dövlət Sosial Müdafiə Fondu belə qənaətə gəlib ki, K.Əliyevin hakim kimi stajı 15 ildən az (13 il 1 ay 7 gün) olduğu üçün ona hakim hakim pensiyası kəsilə bilməz.

Bu səbəbdən eks-hakim pensiyasının yenidən hesablanması tələbi ilə məhkəməyə müraciət edib.

Cavabdeh qismində tanınmış Fond əvvəlki mövqedən çıxış edib, iddianının təmin edilməməsini xahiş edib.

Məhkəmə Kəramət Əliyevin iddiasını əsaslı, cavabdeh qismində tanınmış Fondun etirazını əsassız hesab edib.

Qərarda deyilir ki, K.Əliyevin hakim olduğu dövrdə onun maaşına əlavələr, müalicə pulu, sonrakı artımlar və s. nəzərə alınmalı və ona hakim kimi əmək pensiyası hesablanmalıdır.

Son xəbərlər
Digər xəbərlər