Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov dünyasını dəyişib.
Banker.az bu barədə “Haqqın.az”a istinadən xəbər verir.
Vəkillər Kollegiyası bildirib ki, Mahmudov bu gecə ürək çatışmazlığından dünyasını dəyişib.
Amma bir qədər sonra eks-nazirin ölüm xəbəri inkar edilib. Belə ki, sabiq nazirin ailə vəkili Cavid Rzazadə Gununsesi.info-ya açıqlamasında xəbəri təkzib edib: “Boş söhbətdir. Eldar Mahmudova heç nə olmayıb”.
67 yaşlı E.Mahmudov 2004-2015-ci illərdə milli təhlükəsizlik naziri vəzifəsində işləyib.