18 C
Baku
Friday, October 18, 2024

“Keçmişdə yaşamış uşaqlar”

Suriyanın Qolan yüksəklikləri regionunda yaşayan 3 yaşlı uşaq gözlənilmədən öz sensasiyalı bəyanatından sonra diqqət mərkəzinə daxil oldu. Onun iddiasına görə o keçmiş həyatında balta ilə qətlə yetirilib.

Druz dini-etnik qrupundan olan bu uşaq başında böyük doğum ləkəsi ilə dünyaya gəlib. Druzların inancına görə doğum ləkəsi keçmiş həyatdakı ölüm faktı ilə əlaqədardır. Uşaq danışmağa başladıqda isə, ailəsinə keçmiş həyatında başından balta zərbəsi alaraq öldüyünü bildirir.

Uşaq yaxınlarına keçmiş həyatında yaşadığı evi göstərmişdir. O nəinki əslən olduğu kəndi tanımış, hətta keçmiş həyatında ona verilən adı da xatırlamışdır.

Yerli əhalinin bildirdiyinə görə, oğlanın haqqında danışdığı şəxs həqiqətəndə bu kənddə yaşamış və 4 il bundan əvvəl naməlum şəkildə yoxa çıxmışdı. Oğlan hətta öz qatilinin adını və soyadını da səsləndirə bilmişdi. O həmin insanla qarşılaşdıqda qatil çaşqınlıq keçirsə də, cinayətini etiraf etməyir.

Daha sonra uşaq insanları cəsədinin basdırıldığı yerə gətirir. Həqiqətən də həmin yerdən başından zərbə almış insan skeleti tapılır. Skeletin kəllə sümüyündə olan çapıq uşağın doğum ləkəsi ilə eyni yerdə idi.

Bütün bu baş verənlərdən sonra qatil cinayətini etiraf edir. Bu unikal hadisənin tam versiyası alman həkim Trutç Hardo-nun “Keçmişdə yaşamış uşaqlar: müasir reankarnasiya” kitabında verilmişdir.

Son xəbərlər
Digər xəbərlər