Artıq COP29-un gündəliyi məlumdur. Bu, maliyyələşdirmə gündəliyi adlanır. Belə ki, BMT-nin üzv ölkələri COP29-da daha ambisiyalı, daha sərt, daha geniş öhdəliklər götürəcəklərini bildiriblər.
Bunu “Sağlam Gələcəkləri Proqnozlaşdırılması” təşkilatlarının idarəedici direktoru Kelli Uillis “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammiti çərçivəsində jurnalistlərə açıqlamasında söyləyib: “İstər enerjidən dayanıqlı enerjiyə keçid, istərsə də adaptasiya tədbirlərinin qeyd edilməsi olsun. Burada ən vacib məsələ səhiyyə sektoruna adaptasiyadır. Planetdə 3,3 milyard insan iqlim dəyişikliyinin mənfi təsirlərindən xüsusi əziyyət çəkir”.
Kelli Uillis iqlim dəyişikliyinin dünyada bir çox sahələrə mənfi təsirindən də danışıb. Qeyd edib ki, təhsil, kənd təsərrüfatı, şəhər planlaşdırılması və istehsal sahələri daha çox zərərə məruz qalır.
“COP29-un nəzərdə tutduğu mövzulara baxsaq, insan kapitalına xüsusi diqqət yetirildiyini görmək olur. Elə insan kapitalının qorunması mövzusu birbaşa olaraq insan sağlamlığının qorunmasına xidmət edir. Azərbaycan kimi ölkədə “yaşıl iş” yerlərinin yaradılması özündə böyük investisiyalar cəmləşdirir ki, bu da səhiyyə sektoruna töhfədir”, – deyə Kelli Uillis əlavə edib.