Kütlə qarşısında adi, bəsit çıxışı əsl, mükəmməl təqdimata çevirmək mümkündürmü? “İstedad təhsilə qarşı” kitabının müəllifi və insan kapitalının inkişafı sahəsində mütəxəssis olan Ken Robinson World Business Forum-da Business Insider nəşrinə verdiyi müsahibədə bunu etməyin ən asan yollarını izah etmişdir.
Onun TED Talk konfransındakı müasir məktəblərdə uşaqlarda yaradıcılıq hisslərinin necə məhv edilməsi mövzusu ilə bağlı çıxışı 28 milyon dəfə izlənilib. Qeyd edək ki, bu TED tarixində ən populyar təqdimat adını aldı. Beləliklə, Business Insider nəşri Ken Robinsondan öz çıxışını necə mükəmməlləşdirdiyini soruşmuşdur.
O bildirmişdir: “Mən öz çıxışımı 5 hissədən ibarət təsəvvür edirəm. Bunlar çıxış, üç tezis, yekundur”. O öz istənilən təqdimatını qruplaşdırmaq üçün bu 5 cəhətdən istifadə edir. Lakin onun öz sözlərinə görə, o heç də həmişə bütün nitqini əvvəlcədən yazmır. O nitqin yeniliyini, canlılığını və təbiiliyini qorumağın vacib olduğunu hesab edir.
O deyir: “Yazılmış nitqi oxumaq lazım deyil, lakin kiçik qeydlər etmək həmişə lazımdır. O ən lazımi anlar üçün kiçik kağızlarda yadda saxlanılmalı və xatırlanılmalı qeydləri aparır. Ken Robinson çıxış, təqdimat və söhbət üçün 1 saatlıq 7 kiçik kağız parçası hazırlayır.
Bununla yanaşı Ken Robinson aşağıdakı cəhətləri də unutmamağı məsləhət görür:
Özünə əminlik: Siz özünüzə əmin olduqda, auditoriya da sizə etibar etməyə başlayır.
Auditoriya ilə əlaqə: O bunun üçün ən yaxşı vasitə kimi zarafatları nümunə gətirir. Məsələn, o World Business Forum-dakı çıxışı zamanı 1 dəqiqədə minimum 1 dəfə yumordan istifadə edirdi.
Özünüzü rahat hiss etmək: “Mən daim özümü rahat olduğum ilə bağlı əmin edirəm. Əgər natiq gərgindirsə, auditoriya da gərgindir”.