18 C
Baku
Thursday, April 18, 2024

Keniçi Omae ilə uğur qazan!

Fəaliyyət göstərmək və nəticəyə nail olmaq arzusu doğru cavabı bilməkdən daha vacibdir” – Keniçi Omae.

Keniçi Omae bizneslə bağlı yaranan suallar üzrə ən nüfuzlu konsultantlardan biridir və bütün dünyada “cənab strategiya” kimi tanınır. Uzun müddət McKinsey & Company beynəlxalq konsaltinq şirkətinin Asiya nümayəndəliyinə rəhbərlik etmişdir. Bununla yanaşı, o qlobal biznesə aid çox saylı bestsellerlərin müəllifidir.

Onun ən məşhur kitabı – “Strateqin düşüncəsi” strateji menecment üzrə ən yaxşı kitab təyin edilmişdi.

Keniçi Omae öz çıxışlarından birində hazırki günümüzlə bağlı məsləhətlərini və münasibətini hər kəs ilə bölüşmüşdür.

Bu günkü dünyanın əsas fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, doğru cavablar mövcud deyil. Heç kəs düzgün cavabın hansı olduğunu bilmir. Heç kim doğru şəkildə biznesi necə yaratmağın laızm olduğunu bilmir. Sadəcə bu və ya digər uğurlu cəhdlər var. Bu səbəbdən də orijinal cavab vermək qabiliyyəti hazırda mühüm əhəmiyyət daşıyır. Bu o cavablardır ki, sizə qədər heç kimin ağlına belə gəlməyib.

Burada məsələ ondan ibarətdir ki, sizin düşüncə tərziniz unikaldır. Bundan əlavə, siz fəaliyyət göstərmək arzusu və cəsarətinə sahibsiniz. Bu qiymətləndirilən haldır. Real həyatda cavabı bilmək faydasızdır. Cavabınızı təsdiq etmək üçün hipotezlər yaratmalı, bu cavabın var olmaq haqqının olduğunu sübut emtək lazımdır.

Bütün resurslar sırasında ən vacibi insandır. Məsələn, Yaponiyanı götürək. Yaponiya – təbii resurslara sahib olmayan ada ölkəsidir. Bunun əvəzində o yaxşı insanlara sahibdir. Dünyanın ikinci qüvvətli iqtisadiyyatını yaratmış 120 milyon möhtəşəm insan. Eynisi sizin şirkət üçün də keçərlidir. Şirkətiniz kifayət qədər gücə, resursa və yaxud bazarda tələbata sahib olmasa da, əgər şirkətiniz yaxşı işçilərə sahibdirsə onlar yolun üzərindəki bütün maneələri aradan qaldıracaq.

Mən daim rəhbəri tənqid etmək əvəzinə özünüzü onun yerinə qoymağı məsləhət görürəm. Bu gözlənilməz nəticələrə gəlməyinizə səbəb ola bilər.

Son xəbərlər
Digər xəbərlər