Keniya ötən il ərzində istehsal edilən 48.6 min ton kofenin 47 min tondan çoxunu (97 faiz – Qeyd) ixrac edib.
Bu barədə “Sinxua” agentliyi Kooperativlər və Mikro, Kiçik və Orta Müəssisələrin İnkişafı Nazirliyinin katibi Saymon Çeluqiyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, 2023-cü ildə ölkə qəhvə ixracından 251 milyon dollardan çox gəlir əldə edib. Çeluqi Keniya-Kolumbiya Qəhvə Texniki Əməkdaşlıq Forumu zamanı deyib:
“Qəhvə sənayemizin üzləşdiyi bir çox problemlərə, o cümlədən beynəlxalq qiymətlərin dəyişməsinə və iqlim qeyri-müəyyənliyinə baxmayaraq, Keniya qəhvəsi qlobal səhnədə misilsiz keyfiyyəti ilə öz nüfuzunu qoruyub saxlamaqda davam edir”.
Keniya qəhvəsinin əsas ixrac istiqamətləri ABŞ, Belçika, Almaniya, Cənubi Koreya, İsveç, Avstraliya, Danimarka və Norveçdir.
O qeyd edib ki, hökumət sənayeni daha da maliyyələşdirmək və onun artımını stimullaşdırmaq üçün 27.4 milyon dollar dəyərində Qəhvə Albalı Fondunun yaradılması kimi bir sıra islahatlar həyata keçirir.