-1 C
Baku
Sunday, December 15, 2024

Keniyadan Azərbaycana çay ixracı azalıb

Keniyadan Azərbaycana çay ixracı azalıb.

“Businessdailyafrica.com” portalının “Rusiya-Ukrayna müharibəsi Keniyanın çay ixracına necə zərər vurur” sərlövhəli məqaləsində qeyd edilir ki, cari ildə Keniyadan Azərbaycanla yanaşı Rusiyaya, Qazaxıstana, Qırğızıstana və Özbəkistana ixrac olunan çayın həcmi xeyli azalıb.

İlin əvvəlində Keniyanın beşinci ən böyük çay bazarı olan Rusiyaya 40 futluq konteynerlərin göndərilməsi ixracatçıya təxminən 357 000 şillinqə (3 000 ABŞ dolları-red) başa gəlib.

“Həmin xərc bu gün ölkəyə və Qara dəniz ətrafındakı digər qonşu bölgələrə təxminən 952 000 şillinqə başa gəlir. Avropa Keniyadan uzaqda ola bilər, lakin davam edən Rusiya-Ukrayna müharibəsinin təsiri yerli çay fermerləri tərəfindən hiss olunur”, – yazıda qeyd edilir.

“Xərclərin kəskin artmasına Qara dəniz marşrutunun bağlanmasından sonra gəmilərin son təyinat yerinə çatmaq üçün getməli olduğu məsafənin uzadılması səbəb olub.

Fevralın sonlarında başlayan müharibə Qara dənizdən əsas daşıma marşrutu kimi istifadə edən bir neçə ölkədə nəqliyyatın hərəkətini dayandırdı və çaya tələbatı azaltdı.

Tələbin azalması çayın hərracda qiymətini aşağı saxlayıb, keçən həftə kiloqramı orta hesabla 2.22 dollar olub.

Fevralın sonlarında, Rusiya-Ukrayna müharibəsi başlayanda, Mombas (Keniyanın ikinci ən böyük şəhəri-red) çay auksionunda bir kiloqram çay 2.53 ABŞ dollarına çatmışdı və qiymət o vaxtdan ucuzlaşır”, – məqalədə vurğulanır .

“Əgər ən çox zərər çəkən sektor varsa, o da çaydır. Çayın ixracı tarixində heç vaxt çatdırılma qiymətində belə böyük artımın şahidi olmamışıq”, – Mombasda yaşayan çay alıcısı Rodqers Lai bildirib.

O, əlavə edib ki, yüksəkdaşıma xərcləri Keniya çayını dünya bazarında bahalaşdırıb, buna görə də əmtəə qlobal miqyasda rəqabət qabiliyyətli satıla bilmir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər