13 C
Baku
Saturday, April 27, 2024

Kentukkidən olan “mavi dərili” insanların sirri

19-cu əsrin əvvəllərində Appalaçi dağının ətəklərində genetik mutasiya ilə bağlı unikal hadisə qeydə alınmışdı. Belə ki, bu mutasiyanın nəticəsi olaraq dünyaya mavi dərili uşaqlar gəlməyə başlamışdı.

Tibbi araşdırmaların nəticəsinə görə mutasiyanın səbəbi – resesif gen daşıyıcıları və yaxın qohum ittifaqına sahib olan insanların nigahı idi.

Fugates ailəsi Fransadan olan bir yetim insanın bu ərazilərə gəlməsi nəticəsində yaranır. Martin Fugate çox solğun dəriyə sahib amerikalı Elizabeth Smith ilə ailə qurur. Məhz bu cütlük ilk mavi dərili uşağın valideynləri olurlar.

Karbohemiya – qanda oksigen miqdarının sürətlə enməsi xüsusiyyətidir. Məhz buna görə belə insanların qanı nisbətən tünd rəngdədir və dəriləri mavi çalarlar əldə edir.

Fugates ailəsinin sahib olduğu fermanın ətrafında çox az ilə məskunlaşmışdı. Bu səbəbdən də ailənin varisləri resesif geni nəsildən nəsilə ötürməyə davam edirdilər. “Mavi insanlarla” bağlı ilk tibbi arayış 1958-ci ilə aiddir. Bu zaman onlardan biri xəstə həyat yoldaşını Kentukki xəstəxanasına gətirmişdi. Qəribə xarici görünüşə malik olmalarına baxmayaraq, həkimlər onların adi insanlar olduğunu bildirirdi. Bundan əlavə, onların sağlamlığı burada yaşayan digər insanların sağlamlığından nisbətən güclü idi. Zamanla Kentukki ştatı genişləndi və hazırda burada 4 milyona yaxın insan yaşayır. Unikal gene sahib insanların sayı zamanla azalmış və hazır ki dövrümüzdə mavi dərili uşaqların doğulması faktı qeydə alınmamışdır. Lakin XX əsrdə burada 86 mavi dəriyə sahib insan doğulmuşdu.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər