“Kenzo” brendinin qurucusu Kenzo Takada 81 yaşında koronavirusa yoluxma səbəbindən dünyasını dəyişib. Banker.az xəbər verir ki, bu barədə mənbələrə istinadən CNN məlumat verib.
Verilən məlumata görə, Takada Parisdən Yaponiyaya 1965-ci ildə köçüb və “Dəb evi”ni 1970-cı ildə qurub. 1976-cı ildə bu “Dəb evi”nə Nyu-Yorkda keçirilmiş şoudan sonra “Kenzo” adı verilib. 1993-cü ildə brend LVMH konqlomeratı tərəfindən satın alınıb və 1999-cu ilədək fəaliyyət göstərməyə davam edib.
“Kenzo Takada yaradıcı olmaqla yanaşı, dahi bir insan olub. O, Şərqi və Qərbi, yəni Yaponiyanı və doğma Parisi birləşdirməyi bacarıb. LVMH-nin baş direktoru Sidni Toledano Takdedanı “möhtəşəm dizayner” və “yaxşı oğlan” adlandırıb.