“Keşlə” futbol klubu ad dəyişikliyi ilə bağlı UEFA, AFFA və Peşəkar Futbol Liqasına (PFL) müvafiq qaydada rəsmi müraciət edib.
Bütün hüquqi prosedurlar yekunlaşdıqdan və sənədlər tam şəkildə təqdim olunduqdan sonra PFL “Şamaxı” futbol klubunu “Keşlə”nin tamhüquqlu xələfi olaraq qəbul edib.
Qeyd edək ki, “Şamaxı” futbol klubu ev oyunlarını Şamaxı şəhər stadionunda keçirəcək.