6 C
Baku
Saturday, December 14, 2024

Keyfiyyət etalonu və ya İsveçrə saatları

İsveçrə saatları bütün dünyada keyfiyyətli, gözəl, nüfuzlu, etibarlı, dəqiq və zamana tabe olmayan saat reputasiyası qazanmışdır.  Onlar bu şöhrəti məhz onun sayəsində əldə edib ki, 16-cı əsrdən bəri isveçrəli saat ustaları heç bir istirahət bilmədən səy göstərir və öz saatlarını gündən-günə daha da təkmilləşdirir və mükəmməl etməyə çalışırlar. 

Onların tarixi Cenevrədə başlayır. 1514-cu ildə müxtəlif növ qiymətli bəzək əşyalarını taxılması qadağan edilmişdi. Məhz bu zamanlar ustalar öz diqqətlərini saata yönəltdilər –onlar yeni bir sənətin –saatsazlıq (saat istehsalı) işinin əsasını qoydular. Bu Cenevrədə ilk saatsazlar gildiyasının əsasının qoyulması ilə nəticələndi. Bu zaman hələ heç kəs bilmirdi ki, İsveçrə saatları bütün dünyada saat sənətkarlığının keyfiyyət etalonuna çevriləcəkdir.

Əsrlər keçir, isveçrəli saat ustaları öz saat mexanizmlərini mükəmməlləşdirmək üçün yeni saat modelləri düşünüb tapırdı. 18-ci əsrdə artıq Cenevrə ən iri saat istehsalı məkanlarından birinə çevrilmişdi, o ixrac etmək üçün 60 mindən çox saat istehsal edirdi. Məhz həmin zamanlar ilk “əbədi” saatlar və daha sonra isə mexaniki qurulan saatlar (winding watch) icad olunmuşdu, əbədi təqvim və xronoqraf tipli yeniliklər isə 19-cu əsrdə kəşf olundu, onların ixtiraçısı isə “Patek Philippe” kimi məşhur markanın yaradıcısı Adrian Filipp olmuşdur.

20-ci ərsin əvvəllərində saatların kütləvi istehsal edilməsi başlandı, birinci dünya müharibəsinin sonunda isə ilk bilərzikli (qolbağılı saatlar, yəni qol saatları) meydana gəldi, onlar dərhal geniş auditoriyanın sevimlisinə çevrilir və istifadə olunmağa başlayır. Kim düşünə bilərdi ki, saatlar bu qədər populyarlıq qazanacaq, axı müasir dünyada ömründə heç saat taxmayan və ya saat görməmiş olan insan yoxdur.

Bu gün çox sayda saat istehsal edən firma mövcuddur, onlar əla növ saat istehsal edilər, amma İsveçrə kompaniyaları bu sahədə özlərini təsdiq etmiş mübahisəsiz liderlərdir.

Bu saatları çox tez-tez hər hansı bir məşhurun  biləyində görmək mümkündür.

Bundan əlavə İsveçrə saatlarının reklam çarxlarında dünyanın ən məşhur simaları çəkilir (məsələn Mixael Şumaxer və ya Pirs Brosan və Omega; Mariya Şarapova və TAG Heuer), onlar belə brendi reklam etməyi özlərinə şərəf bilirlər.

Biz “İsveçrə keyfiyyəti” ifadəsini eşidəndə, bu, bizdə nə İsveçrə şokoladı, nə də İsveçrə bankları ilə deyil, ilk növbədə İsveçrə saatları ilə olan assosiasiya oyadır. Onlar bütün dünyada saat sənayesinin keyfiyyət etalonu kimi qəbul olunub.

İsveçrə saat sənayesinin tarixi

Çox qəribədir ki, İsveçrə və saat sənayesi bir-biri ilə  nə dərəcədə qırılmaz bağlar ilə əlaqəli olsa da, ilk daşına bilən saatlar, İsveçrədə deyil, İtaliya, Fransa, Almaniya və İngiltərədə quraşdırılıb.

Dini təqiblərin çoxluğu 16-cı əsrin ortalarında saatsazların əksəriyyətinin Cenevrəyə üz tutması ilə nəticələndi. Saat ustaları kütləvi şəkildə İsveçrəyə axın edirdi. İsveçrə saat sənayesi ixrac həcminə görə ölkədə maşınqayırma və kimya sənayesindən sonra üçüncü yeri tutur, o yalnız bir bazarda fəaliyyət göstərir: və bu bazar bütün dünyadır. İsveçrə saatlarına yer kürəsinin istənilən bir nöqtəsində rast gəlmək mümkündür. Ən maraqlısı da odur ki, onlar hamı üçün əlçatandır, ya da demək olar ki, hamı üçün əldə edilə biləndir: ucuz qiymətə olan kvars modellərdən tutmuş, qızıl və qiymətli daşlarla bəzədilmiş və qiyməti bir neçə milyon frank olan şedevrlərə qədər müxtəlif təbəqələr üçün nəzərdə tutulmuş, hər cürə İsveçrə saatına rast gəlmək mümkündür. Məhz belə geniş çeşid imkanları və dünyəvi tanınma İsveçrə saat sənayesinin əsrlər ərzində öz mövqelərini inamla qoruyub saxlamasına imkan yaradıb.

Qısa bir müddət ərzində, saat istehsalı bütün digər dekorativ sənətkarlıq növlərini geridə qoydu və ayrıca bir sənətkarlıq sahəsinə çevrildi. Sənətkarlıq sahəsi kimi saatsazlıq çox sürətlə inkişaf edirdi, həmin zamanlar İsveçrədə artıq dəqiqə əqrəbləri olan, ilk cib saatları yaranmağa başlamışdı, bu dövrdə saatsazlıq Cenevrədə əsas tətbiqi sənətkarlıq növünə çevrilirdi.

16-cı əsrin sonunda Cenevrə saatları artıq öz keyfiyyətinə görə tanınırdı. Çünki Cenevrədəki saatsazların sayı getdikcə çoxalırdı, onlar öz güclərini möhkəmləndirmək üçün birləşmək qərarına gəlmişdi. Beləliklə 1601-ci ildə onlar İsveçrə Saatsazlar Gildiyasını yardırlar. Cenevrədə onların sayı 500 dən çox olur. Tarixçilər yazır ki, şəhər saat sənətinin ustaları ilə aşıb-daşırdı. Ona görə də onların bəziləri Cenevrəni tərk edərək daha sakit şəhərlərdə məskən saldı.

Cenevrədən Reynə qədər uzanan Jura dağları istedadlı saat ustalarının öz yaradıcılığı ilə məşğul olması üçün çox əlverişli bir məkana çevrilir, onların əksəriyyəti bu yerdə özlərinə oturaq həyat qurur. Jura dağlarında saat istehsalı gənc və məharətli usta olan zərgər Daniel Janrişarın (1665-ci ildə dünyaya gəlmiş) adı ilə həmişə sıx bağlı olub və olaraq da qalacaq. Məhz o ilk dəfə, əmək bölgüsünü fikirləşib- taparaq, saat istehsalında onu təşkil etməyə çalışıb. Bu yenilik sayəsində, yüzlərlə saatsaz Nevşatel yaylasının yüksək dağlıq ərazilərinə köçərək, orada məskunlaşıb.

18-ci əsrin sonu, 19-cu əsrin əvvəlləri çoxlu ixtiralar ilə yadda qalır. 1770-ci ildə Avraam-Lui Perle (1729 – 1826) Le Lekle ərazisində müasir mexaniki qurulan saatların (self-winding watch) ilk prototipini yaradır.

Bu “əbədi” saatlar cibdə hərəkət və öz çəkilərinin təsiri nəticəsində işə düşürdü (qurulurdu). 1842-ci ildə Adrian Filipp (1815 – 1894) kəfgirli quraşdırma mexanizmi olan kulon-saatları icad edir. Adrian Filipp  ən məşhur saat firmalarından biri olan Patek Philippe əsasını qoyur. Məhz elə həmin zamanlar mürəkkəb saatların və özündə “əbədi təqvim”, zamanın geriyə hesablanması, xronoqraf kimi əlavə funksiyaları birləşdirən  xüsusi məmulatların istehsalı başlayır.

Saatların kütləvi istehsalı 19-cu və 20-ci əsrlərin qovşağına təsadüf edir. Məşhur saatsazlar Pyer-Frederik İnqold (1787 – 1878) və Corc Avqust Leşonun (1800 – 1884)  apardığı araşdırmalar sayəsində  əldə edilmiş yeni texnologiyaların tətbiqi nəticəsində saatların istehsalını kütləvi etmək mümkün olur. Onlardan biri lövhə və dişli çarxların kəsilməsi üçün maşın icad etmiş, digəri isə hissələrin bir-birini qarşılıqlı əvəz etməsi üçün yollar axtarmışdır. 20-ci əsrin əvvəllərində İsveçrə saatları artıq satış həcminə görə dünya birincisi idi. Birinci dünya müharibəsinin sonunda kəşf olunan qol saatları isə daha da populyarlıq qazanır. 1926-cı ildə Qrenxen şəhərində (İsveçrədə balaca bir şəhərcik) mexaniki qorulan ilk qol saatları istehsal olunur.

İlk elektron saatlar 1952-ci ildə Amerika, Fransa və İsveçrədə demək olar ki, eyni vaxtsa istehsal edilmişdi.

1967-ci ildə Nevşateldə (Neuchatel) yerləşən  Elektron Saatlar Mərkəzi ( CEH ) ilk kvars qol saatlarını  (Beta 21) istehsal edir. 1970-ci ildən etibarən, bu saatlar bir neçə İsveçrə kompaniyası tərəfindən seriya şəklində buraxılmağa başlayır.

Həmin dövrdən başlayaraq yeni texnoloji yeniliklər bir-birinin ardınca gəlirdi.

1972 cı il –maye kristallı (elektron) kvars saatları – Ebauches SA firması

1979-cı il – Super yastı (0,98 mm) saatlar –ETA firması.

1982-ci il –uzunömürlü batareyaların icad olunaraq-hazırlanması.

1988-ci il – Batareyasız işləyən ilk avtomatik kvars saatları, Le Phare-Jean d’Eve firmasının istehsalı olan bu saatları qolun hərəkəti nəticəsində enerji yığırdı.

1991-ci il – 20 il ərzində fəaliyyət göstərməsi nəzərdə tutulmuş kvars mexanizminin hazırlanması.

Son xəbərlər
Digər xəbərlər