Şirkətin adı: Silk Way Helicopter Services MMC (aviasiya şirkəti)
Vəzifə: Keyfiyyətin nəzarəti üzrə Mütəxəssis (İSO) – müvəqqəti sosial məzuniyyətdə olan işçinin yerinə.
İxtisas tələbləri:
• Ali təhsil,
• Keyfiyyətin nəzarəti sahəsində ən azı 1 il iş təcrübəsi, sertifikatın olması arzuolunandır;
• Azərbaycan, rus və ingilis dillərində səlis danışıq;
• Offis kompüter proqramları yüksək səviyyədə (MS Word, Excel, İnternet və s.);
• Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
• Güclü ünsiyyət və danışıq qabiliyyəti;
• Komandada işləmək bacarığı;
Vəzifə və öhdəlikləri
• Öz işində rəhbərliyin müvafiq göstəriş, əmr və sərəncamlarını rəhbər tutaraq, mövcud qanunvericiliyə uyğun vəzifələrin yerinə yetirilməsini təmin etməli;
• MMC-nin fəaliyyəti sahəsində daxili və xarici yoxlamaları və həmçinin daxili qiymətləndirmə proseslərini həyata keçirmək;
• Planlaşdırılmış daxili auditlərin vaxtında keçirilməsi üçün müvafiq tədbirlər görmək;
• MMC-nin struktur bölmələrin (şöbələrin) fəaliyyətinin prosesində keyfiyyət sahəsində tədbirlər keçirmək və onların təmin olunması üzrə işlər aparmaq;
• İcraatında olan sənədlərin lazımi qaydada və vaxtlı – vaxtında icra olunmaqla müəyyən olunmuş qaydada qeydiyyatını aparmaq;
• Daxili və xarici yoxlamalar (auditlər) nəticəsində tərtib olunmuş sənədlərin və materialların düzgün aparılmasını təmin etmək, ümumi qiymətləndirmə və digər proseslərini müəyyən olunmuş qaydada aparmaq, həmçinin onların təminatını və nəzarətini həyata keçirmək;
• MMC-nin fəaliyyəti sahəsində keyfiyyətin vəziyyəti barədə bilavasitə tabe olduğu rəhbərliyə məlumat vermək;
• MMC-nin fəaliyyəti sahəsində aparılan daxili və xarici yoxlamalar (auditlər) nəticəsində toplanan məlumatlar və bu sahədə aparılan işlər, həmçinin yekun toplanan materiallar üzrə aparılmış təhlili barədə geniş məlumat vermək.
İş qrafiki
5 günlük, 09.00-dan 18.00-dək (nahar fasiləsi 13.00-14.00)
İstirahət günləri – şənbə, bazar.
Əmək haqqı: 1060 AZN
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Keyfiyyətin nəzarəti üzrə mütəxəssis (İSO)” yazaraq [email protected]ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunur.