16 C
Baku
Friday, April 19, 2024

“Keyfiyyətsiz yanacaq özəl daşıyıcı şirkətlərə yüzminlərlə manat ziyan vurur”

Son bir neçə ay ərzində ölkənin bəzi yerlərindəki yanacaqdoldurma məntəqələrində dizelin olmaması barədə xəbərlərə tez-tez rast gəlirik. Doğrudur, həmin yerlər az sonra yanacaqla təmin edilir və ya sürücülər digər ərazilərdən öz tələbatlarını ödəyə bilirlər. Lakin əsas məsələ hazırda yanacağın olub-olmaması deyil, onun keyfiyyəti ilə bağlıdır.

SOCAR-ın Neft Emalı Zavodunda bir müddətdir təmir işləri getdiyindən ölkəyə dizel yanacağı xaricdən gətirilir. İdxal olunan yanacağın keyfiyyəti isə heç də ürəkaçan vəziyyətdə deyil.

Daxil olan çoxsaylı şikayət və müraciətlər rəsmi şəkildə açıqlanmayan yerdən gətirilən bu yanacağın keyfiyyətinin çox aşağı olmasını, nəqliyyat vasitələrinə böyük ziyan vurmasını göstərir. Buna görə də ən böyük zərər ictimai nəqliyyata və yükdaşıma-distrubutor xidmətinə dəyir.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, Bakıda və ölkə üzrə ictimai nəqliyyatda fəaliyyət göstərən avtobusların 80 faizdən çoxunun dizellə işləməsi vəziyyəti göz önünə sərir: “Keyfiyyətsiz yanacaq hər gün özəl daşıyıcı şirkətlərə yüzminlərlə manat ziyan vurur. Onsuz da acınaqcaqlı vəziyyətdə olan, dövlətdən dəstək ala bilməyən daşıyıcıların vəziyyətini lap çətinləşir. Bu məsələyə dövlətimiz təcili reaksiya verməlidir. Əks halda yeni mövsümdə – sentyabrda çox acınaqcaqlı mənzərə ilə qarşılaşacağıq. Bakıda və rayonlarda bərbad halda olan ictimai nəqliyyat infrastrukturu tamamilə çökəcək, avtobus tapılmayacaq. Nəticədə dövlət böyük xərc qarşısında qalmalı olacaq, yük yenə büdcəyə, neft pullarına düşəcək”.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər