12 C
Baku
Friday, November 15, 2024

KFC koronavirusdan zərər çəkmiş işçilərinə $1000 ödəyəcək

KFC-nin Rusiyadakı şəbəkəsi koronavirusa yoluxmuş və ya xəstə qohumuna qulluq etmək məcburiyyətində olan işçilərinə 1000 dollar ödəyəcək.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Qeyd edildiyi kimi, kompünsasiya hüququ bir il ərzində qüvvədə olacaq. İşçilər şirkətin rəsmi saytı vasitəsilə müracət göndərə bilərlər. Kompensasiyanı almaq üçün əməkdaşın KFC-də işlədiyini təsdiq edən arayış tələb olunur.

Pul 2020-ci ilin aprel ayında başlanan “Yum! Brands” qlobal təşəbbüsü çərçivəsində ödəniləcəkdir.

“Bizim əsas vəzifəmiz işçilər üçün maksimum dəstək tədbirlərini təmin etməkdir. Buna görə işçilərimizin dünyanın hansı nöqtəsində çalışmasından asılı olmayaraq onlara yardım proqramına başlanıb”, – deyə KFC-nin Rusiyadakı şəbəkəsinin baş direktoru Raisa Polyakova bildirir.

Son xəbərlər
Digər xəbərlər