24 C
Baku
Sunday, July 13, 2025

KFC yeni oyun konsolunu təqdim etdi – KFConsole

KFC-nin oyun bölməsi “Twitter” səhifəsində öz oyun konsolunu təqdim edib – KFConsole.

Banker.az bu barədə “VC.ru”ya istinadən xəbər verir.

Xatırladaq ki, bu barədə ilk xəbər 2020-ci ilin iyununda yayımlanıb. O, “Cool Master” komandası ilə birlikdə hazırlanıb.

Cihaz özündə oyun konsolunu və toyuğu qızdıran qrili birləşdirir. Tərtibatçıların sözlərinə görə, qril istiliyi aradan qaldırmaq üçün xüsusi olaraq hazırlanmış soyutma sisteminin bir hissəsidir.

Tərtibatçılar konsol yaratmaq üçün Intel Core i9-a əsaslanan Intel NUC 9 platformasından və ASUS-dan 4K görüntü və virtual reallıqla işləyə bilən GeForce RTX qrafik kartından istifadə ediblər.

PR bölməsinin və KFC-nin İngiltərədəki sosial şəbəkələrinin rəhbəri Mark Chivers bu konsolun şirkətin flaqmanı olduğunu qeyd edib. Qeyd edək ki, konsolun buraxılış tarixi və qiyməti hələ məlum deyil. Bütün detallar yanvar ayında aydın olacaq.

Son xəbərlər
Digər xəbərlər