6 C
Baku
Tuesday, January 31, 2023

“KFC”nin sahibi Rusiyadakı restoranları yerli françayziyə satır

Amerikanın “Yum! Brands” şirkəti “KFC”nin Rusiyadakı aktivlərini yerli françayzinq operatoru olan “Smart Service”ə satmaq üçün müqavilə bağlayıb, Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

Müqavilənin şərtlərinə əsasən, alıcı restoranların rebrendinqinə görə məsuliyyət daşıyacaq. Tərəflər əməliyyatın tənzimləyici orqanlar tərəfindən təsdiqlənməsinin tamamlanmasını gözləyirlər.

“Yum! Brands” Rusiyadakı biznesini, o cümlədən 70 “KFC” restoranını satacaq. Restoranların yeni sahibi “KFC”nin mindən çox müəssisəsinin adını dəyişdirməli olacaq. Ümumilikdə, Rusiyadakı “KFC” restoranlarının ümumi dəyəri 1.3 milyard rubl olaraq qiymətləndirilib.

Xatırladaq ki, martın əvvəlində “Yum! Brands” Rusiyada “KFC” restoranlarının fəaliyyətini dayandırdığını açıqlayıb. Buna baxmayaraq, franşiza ilə işləyən müəssisələr fəaliyyətini davam etdirib.

Şəbəkənin mətbuat xidmətinin məlumatına görə, Rusiyadakı “KFC” restoranlarının əksəriyyəti françayzinq müqavilələri əsasında idarə olunur.

Son xəbərlər
Digər xəbərlər
X