“Khazar SD”lərin Rusiya və Gürcüstana çıxarılması ilə bağlı danışıqlar başlayıb

Neftçala Sənaye Məhəlləsində istehsal olunan “Khazar SD” markalı minik avtomobillərinin Rusiya və Gürcüstan bazarlarına çıxarılması ilə bağlı danışıqlar aparılır, bu bazarların imkanları araşdırılır.

Bnker.az Report-a istinadla bildirir ki, bu barədə açıqlamasında iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.

Onun sözlərinə görə, zavodun açılmasında məqsəd daxili tələbatın ödənilməsi ilə yanaşı, həm də Azərbaycandan ixracdır.

“Bu yaxınlarda Rusiyanın paytaxtı Moskvada keçirilmiş sərgidə “Azərmaş” ASC və “İran Khodro” şirkətinin birgə istehsal etdiyi həmin avtomobillər nümayiş etdirildi. Bu, xarici tərəfdaşlar üçün gözlənilməz oldu. “Khazar SD” avtomobilləri ölkədə sənayenin inkişafı ilə bağlı görülən işlərin məntiqi nəticəsidir və onların Rusiya və Gürcüstan bazarlarında satışı imkanları araşdırılır, danışıqlar gedir”, – deyə nazir müavini qeyd edib.

Niyazi Səfərov

Qeyd edək ki, Neftçaladakı avtomobil zavodunun məhsullarının fərdi şəxslərlə yanaşı, Azərbaycanın dövlət qurumları da alır. Bir qədər əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondu 22 ədəd “Khazar SD” markalı minik avtomobili alıb.