19 C
Baku
Thursday, May 30, 2024

“Khazar”ları satan şirkətin nizamnamə kapitalı 10 manatdan 10 mln. manata qaldırılır

Azərbaycanda yerli avtomobil “Khazar”ların satışını həyata keçirən “Azərmaş” Məhdud Məsuliyyətli Cəmiyyətin nizamnamə kapitalı kəskin artırılıb.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda qeyd edilir.

“Azərmaş” MMC noyabra qədər 10 manat nizamnamə kapitalı ilə bazarda çıxış edirdi, bundan sonra onun nizamnamə kapitalı 10 000 010 manata qaldırılıb.

Xatırladaq ki, şirkət 2017-ci ildə yaradılıb və o, Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rəhimov, ev 195, m. 21 ünvanında dövlət qeydiyyatına alınıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər