16 C
Baku
Sunday, November 23, 2025

KIA avtomobillərində ciddi nasazlıq aşkarlanıb

KIA 2020-ci il martın 27-dən 2024-cü il yanvarın 23-dək istehsal edilmiş KIA K5 sedanlarını geri çağıracaq. Səbəb potensial yanacaq sızmasıdır.

Bu barədə carscoops.com məlumat yayıb.

İstehsalçı aşkar edib ki, bu avtomobillərdə yanacaq buxarına nəzarət sisteminin əks klapanı sıradan çıxa bilər. Bu da yanacaq çəninin zədələnməsinə səbəb olacaq. Bu günə qədər istehsalçıya klapan səbəbindən yanacaq sızması ilə bağlı 20 hadisə barədə məlumat daxil olub.

Qeyd edilir ki, dilerlər klapanı dəyişdirərək, yeni proqram təminatı quraşdıracaqlar.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər