“Kia Motors AZ” MMC-yə cərimə protokolu yazılıb.
Banker.az xəbər verir ki, şirkət barəsində Ətraf Mühitin Mühafizəsi, Təbiətdən Istifadə Və Ekoloji Təhlükəsizlik Qaydalari Əleyhinə Olan Inzibati Xətalar – 239-cu maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.
İş hakim Anar Rzayevin sədrliyi ilə araşdırılacaq.
Maddəyə əsasən, ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə- vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.