“Kia” beşinci nəsil “Sportage” krossoverini təqdim edib – Foto

Koreyanın “Kia” şirkəti beşinci nəsil “Sportage” krossoverini təqdim edib.

Baanker.az xəbər verir ki, bu barədə avtomobil istehsalçısının press-relizində deyilir.

Avtomobilin əsasında 2020-ci ilin sentyabrında təqdim edilən “Hyundai Tucson” krossoverinin platforması dayanır. Yeni nəsil “Sportage” yığcam təkər bazasında sahibdir – 2 755 mm. Avtomobilin eni 1 865 mm, uzunluğu – 4 660 mm, hündürlüyü – 1 660 mm, baqajın həcmi isə 637 l təşkil edir.

Versiya və komplektasiyadan asılı olaraq yeni “Sportage” krossoverinə 18 və 19 düym arasında dəyişən təkər quraşdırıla bilər. Ümumilikdə fərqli örtüklü və naxışlı yeddi təkər seçimi təqdim edilir.

Salona rəqəmsal panel və multimedia ekranı quraşdırılıb. Yeni “Sportage” 1.6 TGDI turbomühərriklə təchiz edilib. Bu aqreqat 180 at gücünə sahibdir. Bundan əlavə, avtomobil 186 litrlik dizel motor alacaq.

Eyni zamanda “Sportage” yenilənmiş “Terrain Mode” sistemi ilə təchiz edilib. O, şəhər xaricinə səyahət etməyi sevən sürücülər üçün nəzərdə tutulub. “Terrain Mode” sistemi “Sportage”in parametrlərini avtomatı olaraq elə tənzimləyir ki, avtomobil qar, palçıq və qum daxil olmaqla müxtəlif yol şəraitlərində optimal sürmə dinamikasını qoruyub saxlayır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.