Koreyanın “Kia” şirkəti bir şarjla 500 km qət edən yeni EV6 elektromobil modelini təqdim edib. Şirkətin press-relizində deyildiyi kimi, EV6 Cənubi Koreyada istehsal ediləcək və 2021-ci ilin ikinci yarısında bir sıra bazarlarda satışa çıxarılacaq.
Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.
Model yeni E-GMP (Electric-Global Modular Platform) platforması üzərində qurulub. EV6-nın dizaynı “Kia” şirkətinin Namyanq (Koreya), Frankfurt-na-Mayne (Almaniya) və İrvayne (Kaliforniya, ABŞ) şəhərlərində yerləşən üç studiyanın iş birliyinin nəticəsidir.
Salonda ön paneldə geniş ekran quraşdırılıb. O, sükandan panelin mərkəzinə qədər uzanır. Ekranda rəqəmsal alətlər qrupu əks etdirilir, mərkəzi konsolun üstündəki panel isə əyləncə və naviqasiya sistemləri üçün nəzərdə tutulur.
Ekranın altında kondisioner, istilik və havalandırma sistemi üçün sensor düymələri olan idarəetmə paneli var. Elektromobilin oturacaqları təkrar emal olunmuş plastikdən hazırlanan parça ilə örtülüb.
Elektrik konfiqurasiya üçün bir neçə seçim təqdim edilir, avtomobil bir şarjla təxminən 510 km məsafə qət edə b