“Kia” ikinci nəsil “Niro” krossoverini təqdim edib – Fotolar

“Kia” şirkəti ikinci nəsil yığcam “Niro” krossoverini təqdim edib. Qeyd edək ki, avtomobilin təqdimatı “Seoul Mobility Show” çərçivəsində keçirilsə də, istehsalçı yeniliyin yalnız xarici görünüşünü nümayiş etdirib.

596b2c9f46ef964daf4312275f2d0270b8d5868d

Banker.az xəbər verir ki, avtomobilin texniki xüsusiyyətləri 2022-ci ildə açıqlanacaq.

81625f12df70cbf5dd8c0a60fedfe0ae555371c6

Ənənəvi olaraq “yaşıl” avtomobillər üçün salon təkrar emal olunan materiallarla işlənib. Ümumilikdə, krossoverin dizaynı 2019-cu il “HanaNiro” avtomobilindən götürülüb.

925a35d8e331d0a744ab393df3e246a8d65b2826

“Kia Niro” qlobal model statusuna malikdir və ildə təxminən 130 min tirajla satılır. 2022-ci ilin birinci rübündə dilerlər hibrid, ikinci rübdə isə elektrikli modifikasiyalar buraxacaqlar.

925a35d8e331d0a744ab393df3e246a8d65b2826 c28ff50e4359a007a381fee9e197c5db1011fbbc c3342b8fc68a69fbb891259561d7b79d462030af f678c8ebb58a426bf3bf7de16bcca6617de44967 353e7adcfda295d7acbb7e9fd0d62ddddb1a7942