13 C
Baku
Saturday, November 16, 2024

“Kia” Rusiyada avtomobil satışını dayandıra bilər

Cənubi Koreyanın “Kia” avtomobil şirkəti Rusiyada işini dayandırmaq imkanını nəzərdən keçirir. Bu halda şirkət ölkədə yalnız satış sonrası xidməti davam etdirəcək.

“Kia”nın vitse-prezidenti olan U-Çon Çu hesab edir ki, satışlar dayandırıldıqdan sonra şirkət Rusiyada yalnız texniki, diaqnostika və təmir xidmətini göstərəcək. Satış üçün əsas mənfi faktor kimi vitse-prezident volatilniyi vurğulayıb.

Banker.az bu barədə “İnc.ru”ya istinadən xəbər verir.

Cənubi Koreyanın ən böyük broker şirkətlərindən biri olan “Samsung Securities”ə görə, 2021-ci ildə “Kia” Rusiyada ikinci ən populyar avtomobil markasıdır. “Kia”nın zavodu Rusiyanın Sankt-Peterburq şəhərində yerləşir. Zavodun istehsal gücü ildə 200 min ədəd təşkil edir, işçi heyəti isə 2.2 min nəfər.

Son xəbərlər
Digər xəbərlər