“Kia” şirkəti Hindistanda rəsmi olaraq “Carens” adlı 7 nəfərlik yolsuzluq avtomobilini təqdim edib.
Banker.az xəbər verir ki, avtomobilin uzunluğu 4540 mm, eni 1800 mm, hündürlüyü isə 1700 mm təşkil edir.
Krossover 6 təhlükəsizlik yastığı, müasir optika, ağıllı hava təmizləyicisi və elektron köməkçi ilə təchiz edilib. Qeyd edək ki, avtomobil üç mühərrik alıb – 1.5 litrlik 115 at gücündə, 1.4 litrlik 140 at gücündə və 1.5 litrlik 115 at gücündə. Yeniliyin 2022-ci ilin birinci rübündə satışa çıxacağı planlaşdırılır.
Ümumiyyətlə, “Kia”nın Hindistan bazarına ekspansiyası iki il əvvəl başlayıb və hazırda şirkətin satışları 200 minə yaxınlaşır: 2021-ci ilin 11 ayı ərzində 174 min maşın satılıb.