“Kia” şirkəti yeni EV9 elektrikli krossoverini təqdim edib. Yeniliyin dəqiq parametrləri 5010 × 1980 × 1755 mm təşkil edir. Salonda üç sıra oturacaqlar yer alıb. Krossoverin bu versiyasında arxa oturacaqlar hərəkət istiqamətinə qarşı yerləşdirilə bilər. Girməyi və çıxmağı asanlaşdırmaq üçün onları yan tərəfə də çevirmək olar.
Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Baza versiya – “Kia EV9 RWD Standard” – 218 at gücündə elektrikli mühərrik və 76.1 kVt/saat tutumlu akkumulyator alıb.
“RWD Long Range” versiyası 204 at gücündə elektrikli mühərrik və 99.8 kVt/saat tutumlu akkumulyatorla təchiz edilib.
Avtomobilin premium versiyası “Kia EV9 AWD”dir. Onun toplam 385 at gücü verən iki elektrik mühərriki var. Buradakı akkumulyator 99.8 kVt/saat tutumludur.
Avtomobil üçüncü səviyyəli HDP-nin (Highway Driving Pilot) avtopilotunu alıb, bu da avtomobili əllər sükanda olmadan idarə etməyə imkan verir. “Kia EV9” ilin ikinci yarısında yollara çıxacaq. Yenilik Cənubi Koreyada istehsal olunacaq və əsas bazar ABŞ olacaq. İlkin qiymət 56 000 dollardan başlayacaq.