26 C
Baku
Saturday, July 27, 2024

“Kia” yeni “Sportage” krossoverini təqdim edib – Foto

Cənubi Koreyanın avtomobil istehsalçısı “Kia” yeni “Sportage” krossoverinin xarici və daxili görünüşünü təqdim edib. Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Yeni modelin fotoları şirkətin mətbuat xidməti tərəfindən yayımlanıb.

kia sportage2

“Sportage” avtomobili üzərində şirkətin Çin, ABŞ, Almaniya və Cənubi Koreyadan olan mütəxəssisləri çalışıb. Bəlkə də, bu yolla istehsalçı müxtəlif ölkələrdəki müştərilərinin ehtiyaclarını təmin etmək istəyir.

kia sportage

Qeyd olunur ki, yeni krossover daha sürətli olan modellərə bənzəyir. Bununla yanaşı, avtomobilin arxa hissəsinin “Kia EV6” ilə bir çox oxşarlığı var. “Sportage” Cənubi Koreyada iyun ayında satışa çıxacaq. Avtomobilin qiyməti hələ açıqlanmayıb.

kia sportage

Xatırladaq ki, daha əvvəl “Kia” yeni “Stinger Scorpion Edition” avtomobilini təqdim edib. Alıcılar üç avtomobildən birini seçə biləcəklər: “Snow White Pearl”, “Aurora Black” və “Ceramic Silver”.

kia sportage3

Son xəbərlər
Digər xəbərlər