“İş təklifi” adı altında bank kartlarının icarəyə götürülməsini və qarşılığında aylıq gəlir vəd edirlər.
Kibertəhlükəsizlik üzrə ekspert Əmrah Mövsümzadə deyir ki, fırıldaqçılar sosial şəbəkələrdə “kart alıram”, “ödəniş edəcəyəm” kimi elanlar paylaşaraq insanları cəlb edirlər.
Ekspert deyir ki, dələduzlar “pul göndərəcəyik, kart məlumatını yaz” kimi mesajlar göndərərək kartın nömrəsini, CVV kodunu və SMS təsdiqlərini əldə edirlər.








