26 C
Baku
Saturday, July 27, 2024

Kiberhücumları dəstəkləyən banklar “SWIFT”dən xaric edilib

Şimali Koreyanın üç bankı beynəlxalq maliyyə qurumlarını bir-birinə bağlayan qlobal mesajlaşma şəbəkəsi olan “SWIFT”dən kənarlaşdırılıb.

ABŞ və müttəfiqi olan ölkələrin bu tədbiri həyata keçirməsinin səbəbi Şimali Koreyanın nüvə silahı proqramını davam etdirməsi və bu ölkədə fəaliyyət göstərən bankların kiberhücumlara dəstək verməsidir.

Qlobal bank kommunikasiya xidməti olan “SWIFT” qısa bir müddət əvvəl verdiyi açıqlamada, Şimali Koreya banklarının dünya üzrə 11 mindən çox təşkilatın aid olduğu ümumi şəbəkəyə girişini kəsdiklərini bildirib.

Qeyd edək ki, dünya üzrə üzv maliyyə qurumları “SWIFT” vasitəsilə hər gün minyonlarla hesablaşma və pul köçürmələri həyata keçirirlər.

Aydın olmayan məqam isə odur ki, 2013-cü ilin yanvarından etibarən Birləşmiş Millətlər Təşkilatının (BMT) sanksiyaları çərçivəsində qara siyahıya düşən Şimali Koreya bankları hələ də qlobal maliyyə sisteminin əsas istiqamətləri üzrə fəaliyyət göstərə bilirlər.

ABŞ-ın Xəzinədarlıq Şöbəsi ötən il Şimali Koreyanı çirkli pulların yuyulması mərkəzi adı ilə günahlandırmış və Amerika Banklarına Şimali Koreya müəssisələrinin xeyrinə fəaliyyət göstərən qurumlarla əməkdaşlıq etməyi qadağan etmişdi.

Xəzinədarlıqdan verilən digər bir məlumata görə isə, Şimali Koreyanın maliyyə qurumları heç bir nəzarət olmadan fəaliyyət göstərirlər ki, bu da pulların qanunsuz məqsədlər üçün istifadəsini asanlaşdırır. Şimali Koreya hökuməti dövlətin qabaqcıl şirkətləri adından nüvə silahlarının və ballistik raketlərin alışını həyata keçirib. BMT-nin bu ay çıxan hesabatına əsasən, qara siyahıya salınmış bankların SWIFT şəbəkəsinə girişi davam etməkdədir.

Ekspertlər hesabatda bildiriblər ki, 2016-cı ildə gücləndirilmiş maliyyə sanksiyalarına baxmayaraq, banklar daha iri kanallar vasitəsilə toplu nağd və qızıl transfertləri həyata keçirərək şəbəkəyə daxil ola bilirlər. Hətta Şimali Koreya “SWIFT” şəbəkəsi vasitəsilə banklara edilən kiberhücumlarla da əlaqə qura bilib.

Təhlükəsizlik tədqiqatçıları ötən il banklardan oğurlanan pulların çoxunun Şimali Koreya ilə bağlantısı olan xaker qrupu tərəfindən edildiyini bildirib.

Belçika mərkəzli “SWIFT” sanksiya qərarları almağa hüquqlarının olmadığını və bu tip problemlərin ölkənin aiddiyyatı orqanlarının payına düşdüyünü bildirib.

“SWIFT”in məlumatına əsasən, aiddiyyatı orqanlar “cari beynəlxalq vəziyyət”in Şimali Koreyaya və BMT-nin Təhlükəsizlik Şurasına aid məsələ olduğunu bildirib.

Xatırladaq kı, BMT-nin hesabatına əsasən, qara siyahıya salınan üç bank “Bank of East Land”, “Koreya Kwangson Bank” Korporasiyası və “Koreya Daesong Bank”dır. “Bank of East Land” 2013-cü ilin yanvarında, “Koreya Kwangson Bank” 2016-cı ilin martında, “Koreya Daesong Bank” isə 2016-cı ilin noyabrında qara siyahıya salınıb.

BBN, CNN Money-ə istinadən məlumat yayıb

Son xəbərlər
Digər xəbərlər