Britaniyanın “Comparitech” tədqiqat şirkəti kibertəhlükəsizliyin səviyyəsi üzrə dünya ölkələrinin reytinqini tərtib edib. Yaponiya reytinqin birinci pilləsində qərarlaşıb, Əlcəzair isə sonuncu yeri tutub.
Reytinqdə ölkələrin mövqeyi zərərli proqram təminatı ilə yoluxmuş mobil qurğu və fərdi kompüterlərin payı, pul oğurlamaq məqsədi daşıyan haker hücumlarının sayı, həmçinin bu və ya digər ölkənin haker hücumlarına hazırlığı və müvafiq qanunvericiliyin olması daxil olmaqla 7 meyar üzrə tərtib edilib. Hər bir ölkə 0-100 aralığında bal toplaya bilərdi və toplanmış balın az olması həmin ölkələrin kibertəhlükələrdən daha yaxşı qorunması deməkdir.
Yaponiya reytinqdə 8,8 bal toplayıb. Müvafiq olaraq 10,6 və 11,2 bal toplamış Fransa və Kanada reytinqdə 2-ci və 3-cü olublar. İlk onluğa, həmçinin Danimarka, ABŞ, İrlandiya, İsveç, Böyük Britaniya, Niderland və Sinqapur daxil edilib. Bu ölkələr 12-15, 1 aralığında bal toplayıb. Reytinqdə sonuncu yeri tutmuş Əlcəzair isə 55,8 bal toplayıb.
Ekspertlər Sinqapuru kiberhücumlara qarşı ən hazır ölkə, Vyetnamı isə ən zəif ölkə elan ediblər. Nəhayət, Fransa, Çin, Rusiya və Almaniyanın qanunvericiliyi kibertəhlükəsizlik sahəsində müasir tələblərə cavab verir
©İCTnews