16 C
Baku
Sunday, April 28, 2024

Kiçik biznes üçün marketinq fəndləri

Bazarı “ələkdən keçirin”:

İdeal müştəri portreti yaradın: o necə görünür, o nə düşünür, məhsulu necə qiymətləndirir, onu haradan tapa bilərsiniz? İdeal müştəri kriteriyalarınıza uyğun gəlməyən insanlara isə diqqət yetirməyin.

Fərqləndirin:

Məhsulunuz barədə bildiyiniz hər bir şeyi unudun. Ən əsas ideyanı özünüz üçün əl çatan edin və onun üzərində işləyin.

Tədris materialları hazırlayın:

İnformasiya biznesində olduğunuzu yaddan çıxarmayın. Saytınız, marketinq materiallarınız və s. tədris materiallarınız adi məlumat xarakterli vərəq deyil, məhsulunuzu satmaq üçün tədris materialı rolunu oynamalıdır.

Əhəmiyyət kəsb edən hər bir şeyi ölçün:

Müəyyən əşyalar hər zaman əhəmiyyətə sahibdirlər. Adətən uğurlu biznesin açarı qeyri-maddi aktiv və onların dəyərləndirilməsidir. Adətən məhz bu cəhətlər gəlir gətirir.
Avtomatlaşdırın:

Marketinq proseslərini avtomatlaşdırın. İnternet şəbəkələrindəki kütləni ələ alın, informasiya biznesinizin əsas elementlərini avtomatlaşdırın. Qoy insanlar özləri biznesiniz haqqında məlumat yaysınlar.
Planlaşdırma:

Daim öz marketinq fəaliyyətinizi planlaşdırın. Gün, həftə, ay, rüb və hətta bütün il üçün plan hazırlayın. Və marketinq sərmayənizin həmin plana uyğunluğunu mütləq olaraq yoxlamağı unutmayın.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər