6 C
Baku
Saturday, December 14, 2024

Kiçik dükanda böyük marketinq gedişi

Bir məktəbin yanında iki şirniyyat dükanı var idi. Bu dükanlar məktəbdən eyni məsafədə yerləşirdilər və demək olar ki, burada eyni cür şirniyyatlar satırdılar.

Hər iki mağazada satıcılar gülərüz idilər və uşaqlarla xoş davranırdılar. 

Lakin bir dükanda o birisinə nisbətən satışlar daha yaxşı gedirdi.

Bir mağazanın satıcısı şirniyyatları ölçmək üçün tərəziyə qoyarkən tərəzinin üzərinə lazımdan çox şirniyyat qoyurdu və daha sonra artıq qalan şirniyyatları tərəzidən götürürdü.

Uşaqlar isə digər dükanın satıcısını daha çox sevirdilər. O, tərəzinin üzərinə az şirniyyat qoyur və daha sonra lazımı çəkini əldə etmək üçün tədricən tərəzinin üzərinə şirniyyatları əlavə edirdi.

Son xəbərlər
Digər xəbərlər