11 C
Baku
Sunday, November 17, 2024

Kiçik elektrik nəqliyyat vasitələri üçün parklanma yerləri müəyyən ediləcək

Kiçik elektrik nəqliyyat vasitələri üçün parklanma yerləri müəyyən ediləcək.

Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Yol hərəkəti haqqında” qanunda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklərdə əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti üç ay müddətində kiçik elektrik nəqliyyat vasitələri üçün parklanma yerlərinin müəyyən edilməsi, parklanma yerlərinə dair tələblər və onlardan istifadə qaydalarını, habelə kiçik elektrik nəqliyyat vasitələri operatorlarının kiçik elektrik nəqliyyat vasitələrinin ərazi (zona) üzrə say hədlərini təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. Həmçinin, NK 3 ay müddətində kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsinə, habelə onların sürətinə və lokasiyasına nəzarətin həyata keçirilməsi məqsədilə kiçik elektrik nəqliyyat vasitələrinin operatorları tərəfindən ötürülən səfər və operator barədə məlumatların siyahısını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər