11 C
Baku
Sunday, November 17, 2024

Kiçik elektrik nəqliyyat vasitəsi 16 yaşına çatanların adına qeydiyyata alınacaq

Kiçik elektrik nəqliyyat vasitəsinə dair meyarlar müəyyənləşir.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Kiçik elektrik nəqliyyat vasitəsi – gücü 1 kVt-dan çox olmayan elektrik mühərriki ilə təchiz edilən, bir nəfərin daşınması üçün nəzərdə tutulan və aşağıdakı meyarlara cavab verən fərdi mobil nəqliyyat vasitələridir:

– təkər çarxına mexaniki bağlanan və hərəkət istiqamətinə nəzarət etməyə imkan verən sükanı olan və ya sükanı olmayan, ətalət qüvvəsi (həmçinin jest, mimika və ya səsli komanda) ilə hərəkət edən və özünü tarazlaya bilən texnologiyaya malik olan;

– oturacağı olduğu halda sükanın hündürlüyü 50 sm-dən az olmayan;

– oturacağı olmadığı halda sükanın hündürlüyü 70 sm-dən az olmayan;

– sürücüsüz maksimum kütləsi 55 kq, ümumi hündürlüyü 1,40 m-ə qədər və uzunluğu 2 m-ə qədər olan;

xarici elektrik enerjisi mənbəyinə qoşularaq doldurula bilən enerji saxlama sistemi (batareyası) olan.

Kiçik elektrik nəqliyyat vasitəsi 16 yaşına çatmış fiziki şəxslərin adına qeydiyyata alınacaq.

Kiçik elektrik nəqliyyat vasitəsi apar şəxslər isə piyadaya bərabər tutulur.

Kiçik elektrik nəqliyyat vasitələrinin operatoru kiçik elektrik nəqliyyat vasitəsini icarəyə (istifadəyə) verən hüquqi şəxs və ya fərdi sahibkardır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər