13 C
Baku
Friday, March 29, 2024

Kiçik insanda böyük ürək

2007-ci ildə Miçiqan ştatının Klarkson şəhərində yaşayan beynində xərçəng olduğu aşkar edilən 9 yaşlı Rayan Kennedi ciddi bir addım atmağı qərara alaraq özü kimi ölümcül onkoloji xəstəliyi olan uşaqlara yardım edib.

Könüllü şəxslərin və təşkilatların yardımı ilə əməliyyata toplanmış 150 min dollar həcmində olan vəsaitin eynisini ölümcül xəstə olan uşaqlara hədiyyə etmişdir. Clarkston Healthcare Center xəstəxanasının həkimlərinin sözlərinə görə, Rayanın orqanizmində ependimoma aşkar edilib. Bu şiş gündən-günə böyüyürdü və uşağın həyatının sonuna çox az vaxt qalmışdı.

5 il ərzində Rayan 9 çətin əməliyyat və 4 növ kimya terapiyası keçirmişdi.

Uşağın anası mətbuat xidmətlərinə verdiyi müsahibəsində bildirmişdi: Mənim oğlum bütün bu illər boyu özünü çox cəsur bir şəxs kimi aparıb. Lakin günlərin bir günü Rayan çox ciddi bir qərar verdiyini elan etdi. O digər xəstə uşaqların xeyrinə olaraq tibbi yardımdan imtina etdi.

Ananın sözlərinə görə bir neçə il ərzində onlar sosial şəbəkələr vasitəsilə iri həcmli məbləğ toplaya bilmişdilər. Sonradan belə aydın olur ki, xərçəng xəstəliyindən əziyyət çəkən uşağa ilk yardım əlini onun sinif yoldaşları uzatmışlar. Məhz onlar fəal olaraq könüllü şəxslərin axtarışına başlamışdılar.

 “Mən bilirəm ki, 24 mayda öz 10-cu doğum günümü görməyəcəm” – deyə ölüm yatağında olan oğlan bildirmişdi. “Buna görə də, başqalarının sağalması naminə müalicədən imtina edirəm. Mənim son arzum müalicəm üçün toplanmış bütün pul vəsaitlərinin onkoloji xəstəlikdən əziyyət çəkən digər uşaqlara xərclənməsidir.

Rayanın yaxın insanlarının verdiyi məlumata görə, o başqalarının həyatını xilas edə biləcəyi üçün çox xoşbəxt idi. O öz son günlərini xəstə uşaqların əhatəsində keçirməyi qərara almışdı.

Son xəbərlər
Digər xəbərlər