10 C
Baku
Tuesday, November 26, 2024

Kiçik ölkələrin BÖYÜK uğuru

Son 10 illikdə belə bir sabit tendensiya formalaşıb. Dünya xəritəsində yalnızca son 70 ildə peyda olan kiçik ölkələr uzun illərdir müstəqilliyə sahib nəhəng ölkələrdən fərqli olaraq daha çox iqtisadi uğura nail olurlar.

Credit Suisse araşdırma institunun analitikləri Michael O’Sullivan və Stefano Natella bu mega trendi araşdırmış və öz fikirlərini Project Syndicate materialında toplamışlar.

Dünya xəritəsində gördüyümüz ölkələrin 75%-i son 70 ildə formalaşıb. Bu ölkələrin uğur və uğursuzluqları cari müzakirələrdə əsas mövzu rolunu oynayır.

Gənc kiçik ölkələr bir faktı etiraf etməlidirlər ki, onların istiqamətləndiyi institut və iqtisadiyyat yaratmaq cəhdləri zaman tələb edir. Əslində ölkənin yaşı burada mühüm amil rolunu oynaya bilər. 1945-ci illərdən öncə formalaşan bəzi kiçik ölkələrdə adambaşına düşən ÜDM yeni yaranan cırtdan dövlətlərdə olduğundan 4 dəfə çoxdur.

Daha sabit kiçik ölkələr digər dəyərlər reytinqində də liderlik edirlər. Məsələn, bu ölkələr BMT-nin insan artımı indeksində ilk 20-ci pillədədirlər.

Ümumilikdə kiçik qədim ölkələr orta və böyük ölkələri iqtisadi və sosial göstərici, beynəlxalq ticarətə açıq olmaq, qloballaşma prosesində iştirak nöqteyi-nəzərindən üstələyirlər. Lakin kiçik ölkələrin iqtisadi artımı tez-tez öz sabitliyini itirir. Bu da o deməkdir ki, kiçik dövlətlər uzun müddətli perspektivdə irəli getmək istəyirlərsə ayaqda qalmağı bacarmalıdırlar.

Son xəbərlər
Digər xəbərlər