2 C
Baku
Saturday, December 14, 2024

Kiçik ticarət obyektlərində nağdsız ödənişlərlə bağlı yeni həll təklif olunacaq

Azərbaycanda kiçik və orta biznes sahəsində məşğul olan sahibkarlara nağdsız ödənişləri qəbul etmək üçün yeni texnoloji həll təklif olunacaq.

Söhbət xüsusi həldən gedir ki, onun vasitəsilə “Android” əməliyyat sistemi ilə çalışan və NFC texnologiyanı dəstəkləyən smartfonları mobil POS-terminal qismində istifadə etmək mümkün olacaq. 

Layihənin icrasına bankların cəlb olunması vacib hesab olunduğu üçün onlarla müvafiq qurumlar arasında danışıqlar aparılır.

Yeni texnoloji həll kiçik ticarət obyektləri üçün nəzərdə tutulub ki, hansılara ənənəvi bank POS-terminalı almaq bir o qədər sərfəli deyil.

©APA-Economics

Son xəbərlər
Digər xəbərlər