9 C
Baku
Sunday, November 10, 2024

Kiçik treyderlər qrupu neftin qiymətinin düşməsi ilə bir gündə 500 mln. dollar qazandı

Londonda fəaliyyət göstərən “Vega Capital London” firmasının kiçik teyderlər qrupu, neftin qiymətinin mənfi göstəricilərə düşməsi sayəsində bir gündə 500 milyon dollar qazanıb. Banker.az xəbər verir ki, bu barədə “Bloomberg Businessweek” məlumat verib.

Agentliyin bildirdiyi kimi, may ayında WTI markalı xam neftin tədarükünə dair may müqavilələrinin bağlanmasından əvvəl treyderlər aqressiv və sinxron şəkildə neft satmağa başladılar. Əslində, “Vega” treyderləri bu taktikadan tez-tez istifadə edirlər. Lakin həmin gün koronavirus pandemiyası səbəbindən neftin qiyməti kəskin aşağı düşüb ki, bu da firmaya “cekpot” qazandırıb.

Hal-hazırda ABŞ-ın Əmtəə Fyuçerslərinin Ticarət Komissiyası, Böyük Britaniyanın Maliyyə Davranış İdarəsi və CME qrupu (hərracların keçirildiyi Nyu-York ticarət birjasına sahibdir) “Vega”nın ticarət qaydalarını pozub-pozmadığını və neftin qiymətinin düşməsinə təsir edib-etmədiyini araşdırır. Qeyd edilir ki, CME və “Vega” bu məsələyə şərh bildirməkdən imtina ediblər.

Son xəbərlər
Digər xəbərlər