6 C
Baku
Çərşənbə, Yanvar 19, 2022

Kiçik və orta biznes də kapital bazarına girir – İstiqrazları zəmanət və subsidya mexanimzi hazırlanır

Kapital bazarının fəaliyyətinin hüquqi çərçivəsi və əməliyyat infrastrukturunun təkmilləşdirilməsi, habelə ekosistemdə mövcud olan və kapital bazarından effektiv maliyyələşməni məhdudlaşdıran maneələrin aradan qaldırılması istiqamətində beynəlxalq maliyyə təşkilatları ilə  əməkdaşlıq davam etdiriləcək.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatında deyilir.

Bəyanatda qeyd edilir ki, investisiya şirkətlərində nəzarət çərçivəsinin və korporativ idarəetmənin beynəlxalq standartlara  uyğunlaşdırılması istiqamətində tədbirlərin icrası nəzərdə tutulur.

Kapital bazarında maliyyə vasitəçiliyinin təkmilləşdirilməsi üzrə investisiya fondlarının fəaliyyətinin təşviq edilməsi və bankların kapital bazarında birbaşa iştirak imkanlarının yaradılması üzrə işlər davam etdiriləcək.

Kapital bazarı infrastrukturunun inkişaf etdirilməsi istiqamətində mərkəzləşdirilmiş ticarət və depozitar sisteminin qurulması və qiymətli kağızların emissiyası prosesinin elektronlaşdırılması nəzərdə tutulur.

Kiçik və Orta Biznes (KOB) subyektlərinin kapital bazarından maliyyələşməsinin təşviqi məqsədilə onlar tərəfindən emissiya edilən korporativ istiqrazlara zəmanət və subsidiyanın verilməsi mexanizminin yaradılması üzrə tədbirlər görüləcək. Mərkəzi Bankın IOSCO (Qiymətli Kağızlar üzrə Komissiyaların Beynəlxalq Təşkilatı) təşkilatına imtiyazlı üzvlüyünün təmin edilməsi, xarici investorların kapital bazarına çıxış imkanlarının artırılması məqsədilə qlobal kastodianlarla əlaqələrin qurulması, törəmə maliyyə alətləri üzrə tənzimləyici çərçivənin beynəlxalq standartlara uyğunlaşdırılması, habelə şirkətlərlə və əhali ilə maarifləndirici tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur.

Son xəbərlər
Oxşar xəbərlər