Balaca bir oğlan bərbərxanaya daxil olur. Bərbər onu tanıyır, gülümsəyir və sakit səslə müştərilərinə deyir:
– Baxın, bu uşaq bəlkə də bu rayonda yaşayan ən axmaq uşaqdır! Mən onu çoxdan tanıyıram. İndi isə göstərərəm!
Bərbər oğlanı yanına çağırır. O bir əlində 1 dollar, birində isə 25 sent tutmuşdu.
– Bu dollardır, bu isə 25 sent. Sən hansını seçirsən?
Oğlan 25 senti seçir və razı şəkildə çıxıb gedir. Hamı onun bu hərəkətinə gülür…
Yolda bərbərxanadakı müştərilərdən biri oğlana çatır və soruşur:
– Nəyə görə dolları yox, 25 senti seçdin? Məgər sən bilmirsən ki, dollar 25 sentdən daha böyükdür? Söz verirəm ki, dediklərinə gülməyəcəm və heç kimə deməyəcəm.
– Mən bilirəm ki, dollar böyükdür. Ona görə həmişə 25 senti götürürəm ki, 1 dolları götürdüyüm an oyun bitəcək…