9 C
Baku
Thursday, December 12, 2024

Kim aktivlərlə ticarət etməməlidir?

Maliyyə bazarı ilə bağlı istər ölkədə, istər dünyada kifayət qədər çox yanılmalar, səhvlər, əfsanələr və s. yalnış təsəvvürlər mövcuddur. Bəzi investisiya şirkətləri, fırıdaqçılar, reklamçılar və hətta bəzi marketoloqlar bundan özlərinin “qaranlıq məqsədləri” üçün istifadə edirlər.

Səhm almaq – kifayət qədər aludəçilik və emosional gərginlik tələb edən məsələdir. Səhm almadan öncə isə özünüzün bu məşğuliyyətə uyğun olub-olmadığınızı aydınlaşdırın.

Beləliklə, kim aktivlərlə ticarət etməyə uyğundu, kimlər isə qətiyyən bu işlə məşğul olmamalıdı?

Əgər siz:

– insanlara həddindən artıq çox inanan;

– həddindən artıq sadəlövh;

– çox impulsivsinizsə;

– çox xəsissinizsə…

…bu o deməkdir ki, siz maliyyə bazarındakı emosional və maddi gərginlik üçün hələ hazır deyilsiniz. Sizə məsləhət, maliyyə bazarından bacardığınız qədər uzaq olun!

Əgər siz:

– maliyyə strategiyanızı dəqiq olaraq bilirsinizsə;

 – artıq çoxdan gözlənilməz hadisələr üçün maliyyə ehtiyatınızı – “təhlükəsizlik yastığınızı” hazırlamısınızsa;

  • Pulunuzu artırmaq və ehtiyatlarınızı itirmək istəmirsinizsə…

…deməli səhmlərə investisiya etməyə başlaya bilərsiniz. Yalnızca düşünülmüş addım ataraq öz pullarınızı zəmanətlə qoruya bilərsiniz!

Son xəbərlər
Digər xəbərlər