18 C
Baku
Bazar, Oktyabr 24, 2021

Kim Çen In Cənubi Koreyadan üzr istədi

Koreya Xalq Demokratik Respublikasının (KXDR) başçısı Kim Çen In Cənubi Koreya vətəndaşının öldürülməsinə görə rəsmi Seuldan üzr istəyib.

Bu barədə məlumatı “NK News” yayıb.

Rəsmi Pxenyanın məlumatında bu hadisəyə görə təəssüf hiss keçirildiyi vurğulanıb.

Qeyd edək ki, bu həftənin əvvəlində Cənubi Koreyanın Balıqçılıq Departamentinin əməkdaşı KXDR hərbçiləri tərəfindən tutulub və daha sonra öldürülüb.

Rəsmi Seul vətəndaşının Şimali Koreyanın “koronavirusla mübarizə çərçivəsində” yandırılaraq öldürüldüyünü açıqlayıb.

Mənbə:Report.az
Son xəbərlər
Oxşar xəbərlər