Kim Çen In Çinlə münasibətləri möhkəmləndirmək istəyir

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In Çinin xarici işlər naziri Van İ ilə görüş keçirib və ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi zərurətini vurğulayıb.

Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.

Agentliyin məlumatına görə, Kim Çen In müxtəlif səviyyələrdə Pxenyan və Pekin arasında əlaqələrin fəallaşdırılmasının vacibliyini bəyan edib. O qeyd edib ki, iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsi ümumi maraqların qorunması üçün həlledici əhəmiyyətə malikdir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər