Kim Çen In Baydenlə qarşıdurmaya hazır olduğunu açıqlayıb

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In ABŞ-ın yeni rəhbərliyi ilə həm dialoqa, həm də qarşıdurmaya hazır olduğunu söyləyib.

Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

Qeyd edilir ki, Kim Çen In KXDR-in Əmək Partiyasının plenum iclasında çıxış etdiyi zaman Amerika rəhbərliyinin Pxehyanla əlaqəli siyasətini təhlil edib.

“Baş katib dövlətimizin ləyaqətini qorumaq üçün həm dialoqa, həm də qarşıdurmaya hazır olmağın vacibliyini vurğulayıb”, – deyə Şimali Koreya lideri əlavə edib.

Xatırladaq ki, may ayında ABŞ prezidenti Co Bayden Şimali Koreya rəhbərliyi ilə görüşməyə hazır olduğunu açıqlayıb. Ağ Evin sözçüsü Cen Psaki ABŞ-ın KXDR-ə qarşı siyasətinin nəzərdən keçirilməsini başa çatdırdığını söyləyib. Onun sözlərinə görə, yeni siyasət əvvəlki iki prezidentin yanaşmasından fərqlənir və böyük müqaviləyə və ya strateji səbr etməyə söykənmir. ABŞ regiondakı digər müttəfiqləri ilə məsləhətləşmələri davam etdirəcəyini vurğulayıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.