Kim Çen In deyir ki, ən mühüm vəzifə nüvə arsenalının gücləndirilməsidir

Şimali Koreya nüvə qüvvələrini modernləşdirməli və nüvə silahlarının istehsalını artırmalıdır.

Bunu KXDR Ali Xalq Məclisinin 9-cu sessiyasında çıxış edən ölkə lideri Kim Çen In deyib.

“Ən mühüm vəzifə nüvə silahı qüvvələrinin keyfiyyət və kəmiyyət baxımından sürətlə gücləndirilməsidir”, – deyə o bildirib.

Kim Çen In nüvə silahlarının müxtəlif qoşun növlərində döyüş növbəsinə qoyulmasını istəyib.

Onun sözlərinə görə, bu istiqamətdə səylər KXDR-ə qarşı nüvə müharibəsi təhlükəsi şəraitində çəkindirmə potensialını reallaşdırmaq üçün lazımdır.

Mənbəapa
Son xəbərlər
Digər xəbərlər