KXDR lideri Kim Çen In Nazirlər Kabinetinin işini tənqid edib və onların ölkə iqtisadiyyatını xilas etmək üçün yeni ideyalar irəli sürə bilmədiklərini söyləyərək baş iqtisadçını işdən çıxarıb.
Bu barədə “Associated Press” Şimali Koreya mediasına istinadən məlumat verib.
Şimali Koreya liderinin sözlərinə görə, Nazirlər Kabineti iqtisadiyyatı idarə edən əsas qurum kimi rolunun öhdəsindən gəlmir.
Qeyd olunur ki, KXDR Əmək Partiyası Mərkəzi Komitəsinin İqtisadiyyat Departamentinin rəhbəri Kim Tu İl vəzifəyə təyin olunduqdan bir ay sonra istefaya göndərilib. Onu O Su Yun əvəz edib.